“Neftçi” klubu iki yoxlama oyunu keçirəcək
“Neftçi” futbol klubu qış fasiləsindəki təlim-məşq toplanışı çərçivəsində əvvəlcədən nəzərdə tutulduğu kimi bir yox, iki yoxlama oyunu keçirəcək.

Artıq rəqiblər də müəyyənləşib. Komanda yanvarın 10-da "Qəbələ”, dörd gün sonra isə “Keşlə” ilə qarşılaşacaq.

Oyunların məkanı və başlama saatı hələ müəyyənləşməyib.

Qeyd edək ki, təlim-məşq toplanışı yanvarın 4-dən 21-dək “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək.

Xəbər 365 dəfə oxundu.