Bu gün Teymur Rəcəbov “Airthings Masters” turnirində Yan Nepomnyaşi ilə cavab oyunu keçirəcək
Dekabrın 30-da rapid üzrə “Champions Chess Tour” çərçivəsində təşkil edilən onlayn “Airthings Masters” turnirində dörddəbir finalın cavab oyunları keçiriləcək.

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu mərhələdə rusiyalı Yan Nepomnyaşi ilə dörd partiyadan ibarət növbəti oyunda mübarizə aparacaq.

Qeyd edək ki, dörddəbir final çərçivəsində şahmatçımızın rəqibi ilə ilk oyunu heç-heçə ilə başa çatıb.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.

Xəbər 348 dəfə oxundu.