Dennis Hauqer karyerasını yenidən Formula 3-də davam etdirəcək
“Red Bull” komandasının gənclər proqramının üzvü Dennis Hauqer karyerasını yenidən Formula 3-də davam etdirəcək.

Norveçli sürücü “Prema” komandası ilə gələn mövsümün sonunadək müqavilə imzalayıb.

Qeyd edək ki, cari mövsüm Formula 3-də debüt edən pilot mövsümü “Hitech GP” komandasında keçirib. D.Hauqer mövsüm ərzində ən yaxşı nəticəni Macarıstan Qran-Prisində göstərib. Norveçli sürücü həmin yarışda üçüncü olub.

Xəbər 434 dəfə oxundu.