“Qəbələ” futbol klubunun qış hazırlıq planı müəyyənləşib
"Qəbələ” futbol klubunun qış hazırlıq planı müəyyənləşib.

Klub Azərbaycan Premyer Liqası və kubokunun 2021-ci ildə keçiriləcək oyunlarının hazırlığına yanvarın 5-də start verəcək.
Baş məşqçi Elmar Baxşıyevin rəhbərlik etdiyi klub məşqlərini Bakıda keçirəcək. “Qəbələ” toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Bölgə təmsilçisi yanvarın 10-da “Neftçi” ilə üz-üzə gələcək. Dörd gün sonra baş tutacaq matçdakı rəqib “Sumqayıt” olacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında qış fasiləsi yanvarın 21-də başa çatacaq. “Qırmızı-qaralar” XIV turun matçında səfərdə “Zirə” ilə qarşılaşacaq.

Xəbər 358 dəfə oxundu.