Fabio Kapello: “Mən Rusiya yığmasının baş məşqçisi olmağımla fəxr edirəm”
“Mən Rusiya yığmasının baş məşqçisi olmağımla fəxr edirəm və bu posta təyin olunduğum üçün xoşbəxtəm. İdman.com.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının yeni baş məşqçisi deyib.

DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan şimallıların çalışdırıcısı yeni posta təyinatı haqda fikirlərini açıqlayıb: “Müqavilənin rəsmiləşməsi ilə bağlı problemin yaranmayacağını düşünürəm. Bu müqavilə imzalanacaq. Rusiya yığmasında fəaliyyət mənim üçün yeni macəra olacaq. Rusiya yığması böyük bir xalqı təmsil edir”.

Xəbər 995 dəfə oxundu.