“Sumqayıt”ın sabiq futbolçusu Əli Babayev yenidən ölkəmizdə çıxış edə bilər
Azərbaycan millisinin və “Sumqayıt”ın sabiq futbolçusu Əli Babayev yenidən ölkəmizdə çıxış edə bilər.

O, bu barədə “One” nəşrinə “Sumqayıt”dan ayrılmasının səbəbi barədə danışarkən deyib: “İsrailə qayıtdığım üçün peşman deyiləm. Amma ailəm Azərbaycanda yaşamağa razılaşsaydı, karyeramı orada başa vurardım. Azərbaycanda uzun müddət oynaya bilərdim. Çünki orada hər şey mənim üçün çox yaxşı idi. Yenidən Azərbaycana qayıdacağıma şübhə etmirəm. Hələ də oradakı insanlarla əlaqə saxlayıram. Mənə qazandırdıqlarına görə onları çox sevirəm”.

Otuz yaşlı yarımmüdafiəçi hazırda çıxış etdiyi İsrailin “Makkabi” (Petah-Tikva) komandasından ayrılmağa hazırlaşır. 2018-ci ildə “Sumqayıt”da çıxış etmiş Ə.Babayev Azərbaycan millisinə də dəvət alıb.

Xəbər 449 dəfə oxundu.