Millimizin sabiq baş məşqçisi Robert Prosineçki Şimali Makedoniya yığmasına rəhbərlik edə bilər
Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Şimali Makedoniya yığmasına rəhbərlik edə bilər.

51 yaşlı xorvatiyalı mütəxəssis yerli federasiya ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Qeyd edək ki, Şimali Makedoniya millisi baş məşqçi İqor Angelovskinin rəhbərliyi altında “Avro-2020”nin final mərhələsinə vəsiqə qazanıb. Robert Prosineçki 2014 - 2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Xəbər 492 dəfə oxundu.