Teymur Rəcəbov Uesli So ilə heç-heçə edib
Rapid üzrə “Champion Chess Tour” çərçivəsində onlayn təşkil edilən “Airthings Masters” turnirinin seçmə mərhələsində azərbaycanlı qrossmeyster Teymur Rəcəbov daha bir oyun keçirib.

T.Rəcəbov bu günün ilk matçında amerikalı Uesli So ilə heç-heçə edib. Şahmatçımız sonrakı oyunlarda Fransa təmsilçisi Maksim Vaşye-Laqrav və hindistanlı rəqibi Harikrişna Pentala ilə mübarizə aparacaq.

Bu gün 12 iştirakçı arasında pley-offda mübarizəni davam etdirəcək ən güclü səkkizlik müəyyənləşəcək.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.

Xəbər 443 dəfə oxundu.