“Səbail” klubu 3 futbolçu ilə yollarını ayırıb
Bakının “Səbail” klubu qış fasiləsi elan olunan kimi heyətində islahatlara başlayıb.

Bayıl təmsilçisi artıq 3 futbolçu ilə yolları ayırıb. Mövsümün əvvəlində “Sabah”dan 1 illik icarəyə götürülən Arsen Ağcabəyov geri göndərilib. Əvvəlcə zədələnən, sonra koronavirusa yoluxan 20 yaşlı müdafiəçi rəqabətə davam gətirməyib.

“Keşlə”dən transfer olunan Murad Qayalı da heyətə düşə bilmədiyindən, baş məşqçi Aftandil Hacıyevin rəğbətini qazanmağı bacarmayıb. “Qəbələ”nin yetirməsi Əli Sadıxov da bu səbəbdən “dənizçilər”dən ayrılmalı olub.

Xəbər 399 dəfə oxundu.