“Zirə”nin qış hazırlıq planı bəlli olub
Bakının “Zirə” futbol klubunun qış hazırlıq planı bəlli olub.

Komanda yanvarın 2-də hazırlığa start verəcək. Yanvarın 4-dən 14-dək təlim-məşq toplanışı keçəcək “qartallar” bu müddətdə iki yoxlama oyunu keçirəcək. “Zirə” yanvarın 10-da “Sumqayıt”, dörd gün sonra isə “Qarabağ”la üz-üzə gələcək.

Komanda yanvarın 21-də Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Qəbələ”ni qəbul edəcək.

Xəbər 391 dəfə oxundu.