Kişi basketbolçulardan ibarət millimiz reytinq cədvəlində bir pillə geriləyib
Basketbol üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Kişilərdən ibarət Azərbaycan yığması 90 xalla 104-cü pillədə qərarlaşıb.

Millimiz ötən reytinq siyahısı ilə müqayisədə bir pillə geriləyib. Komandamız Avropada 46-cı yerdə qərarlaşıb.

Cədvələ 781,4 xalla ABŞ millisi başçılıq edir. İlk üçlüyü İspaniya (721,2) və Avstraliya (666,5) yığmaları tamamlayıblar.

Xəbər 490 dəfə oxundu.