Luis Hamilton ilin ən yaxşı idmançısı olub
Fransanın "L Equipe" nəşri 2020-ci ilin ən yaxşı idmançılarının adlarını açıqlayıb.

Ən yaxşı idmançı adına "Mercedes" pilotu Luis Hamilton layiq görülüb. Britaniyalı sürücü bu il "Formula 1" üzrə 7 qat dünya çempionluğunu rəsmiləşdirərək, Mixael Şumaxerin rekordunu təkrarlayıb.

Norveçli Marte Olsbü-Royselann ən yaxşı qadın idmançı seçilib. 30 yaşlı biatlonçu dünya çempionatında 7 medal qazanıb. Medallardan 5-i qızıl, 2-si bürünc əyarlı olub.

Xəbər 419 dəfə oxundu.