Formula 1 Türkiyə Qran-Prisi cari mövsümün ən yaxşı yarışı seçilib
Formula 1 Türkiyə Qran-Prisi cari mövsümün ən yaxşı yarışı seçilib.

Formula 1-in rəsmi saytında azarkeşlər arasında aparılan sorğuda dünya çempionatının Türkiyə mərhələsi 33 faiz səs toplayıb. İtaliya Qran-Prisi 25 faiz səslə ikinci, Bəhreyndə təşkil olunan Sahir Qran-Prisi isə 18 faizlə üçüncü olub.

İlk beşiyi dünya çempionatının Avstriya və İtaliyada keçirilən Toskana Qran-priləri tamamlayıb.

Xəbər 410 dəfə oxundu.