FIFA prezidenti və dünyanın futbol ulduzları Dubaya səfər ediblər
FIFA prezidenti Canni İnfantino, habelə məşhur futbol ulduzları Kriştiano Ronaldo, İker Kasilyas və Robert Levandovskini Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfərə gəliblər.

Onlar dekabrın 27-də “Futbol ən yüksək zirvədə” mövzusunda keçiriləcək Dubay Beynəlxalq İdman Konfransında iştirak edəcəklər.

Dünyanın ən hündür binası olan Bürc Xəlifədəki “Armani” otelində keçiriləcək konfransda FIFA prezidentinin pandemiya dövründən sonra futbolun inkişafı haqqında çıxışı gözlənilir. C.İnfantino 2011-ci ildən bəri bu konfranslarda iştirak edir. O, Dubayın idman rəsmiləri ilə ərəb ölkələrində futbolun inkişafı məsələlərini də müzakirə edəcək.

Xəbər 315 dəfə oxundu.