Stolüstü tennisçilərimiz Volqoqrada yollandılar | |
Azərbaycanın stolüstü tennis üzrə yığma komandası Rusiyanın Volqoqrad vilayətinin Voljsk şəhərində Qələbə gününə həsr edimiş təlim-məşq toplanışında və açıq turnirdə iştirak edəcək. Bu məqsədlə aprelin 7-də Volqoqrada yola düşən komandaya baş məşqçi A.Zudov 10 nəfər (5 qız və 5 oğlan) idmançı cəlb edib. Aprelin 9-dan 20-dək keçiriləcək idman tədbirində Voljsk şəhəri UGİM-in ali liqası, Dağıstanın və Azərbaycanın yığma komandaları mübarizə aparacaq. Yarışlarda 1990-cı il təvəllüdlü və daha böyük yaşlı, 1992-1994-cü il təvəllüdlü və 1995-ci il təvəllüdlü və daha kiçik yaşlı yeniyetmə oğlan və qızlar iştirak edəcəklər. |
|
Xəbər 1356 dəfə oxundu. |
|
|