“Napoli” klubunun texniki məğlubiyyəti ləğv edilib
İtaliyanın “Napoli” klubunun texniki məğlubiyyəti ləğv edilib.

İtaliya Olimpiya Komitəsi klubun apelyasiya şikayətini təmin edib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Koronavirusa kütləvi yoluxma səbəbindən 4-cü turda “Yuventus”la oyun üçün səfərə gedə bilməyən Neapol təmsilçisinə texniki məğlubiyyət verilmişdi.

İtaliya İdman Arbitraj Məhkəməsi federasiyanın 0:3 hesablı texniki məğlubiyyət qərarını ləğv edib. Cennaro Qattuzonun komandasının Turin klubu ilə oyunu keçiriləcək. Qarşılaşmanın yeni tarixi barədə yaxın günlərdə məlumat veriləcək.

Xəbər 343 dəfə oxundu.