Avstriyanın “Zalsburq” klubunun futbolçularında dopinq aşkarlanıb
Avstriyanın “Zalsburq” klubunun futbolçularında dopinq aşkarlanıb.

Məhəmməd Kamara və Seku Koytadan noyabrın 22-də götürülmüş dopinq testləri müsbət nəticə verib.
Onlar qadağan olunmuş maddəni Mali yığmasının düşərgəsində yüksəklik xəstəliyi olan insanlar üçün nəzərdə tutulmuş dərmanın tərkibində qəbul ediblər.

Klubdan verilən açıqlamada futbolçuların buna görə hər hansı cəza almayacağı və komandada qalacağı, həmçinin məsələni aydınlaşdırmaq üçün UEFA və əlaqədar qurumlarla əməkdaşlıq ediləcəyi bildirilib.

Xəbər 349 dəfə oxundu.