Şəhriyar Məmmədyarov “Titled Tuesday Blitz” turnirində birinci yeri tutub
Şahmat üzrə “Titled Tuesday Blitz” Qran-Prisinin mərhələ yarışında Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov birinci yeri tutub.

Ş.Məmmədyarov İsveçrə sistemi üzrə keçirilən turnirin 11 turundan 9,5 toplayıb.

Qeyd edək ki, onunla eyni xalı yığan hindistanlı Raunak Sadvani ikinci, Azərbaycan şahmatçısı Eltac Səfərli isə üçüncü yeri tutublar.

Xəbər 335 dəfə oxundu.