Avropa kubokunda Günay Məmmədzadə “Odlar yurdu” klubunun heyətində ən yaxşı nəticə göstərib
Günay Məmmədzadə klublararası Avropa kubokunun final mərhələsində Azərbaycanın “Odlar yurdu” klubunun heyətində oynayan şahmatçılar arasında ən yaxşı nəticə göstərib.

Doqquz oyunda 5,5 xal toplayan şahmatçımız birinci lövhədə oynayan iştirakçılar arasında üçüncü yeri tutub. O, bu nəticə ilə öz qrupunda birinci yeri tutub. Digər təmsilçimiz Gülnar Məmmədova isə 4 xalla qrup oyunlarında fərqlənib.

Xatırladaq ki, “Odlar yurdu” komandası turnirin finalında doqquzuncu olub.

Xəbər 385 dəfə oxundu.