“Qarabağ”ın qış fasiləsindəki hazırlıq planı müəyyənləşib
Ağdamın “Qarabağ” futbol klubunun qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Ağdam təmsilçisi dekabrın 24-ü “Zirə” ilə keçiriləcək Azərbaycan çempionatının 13-cü turundan sonra istirahətə yollanacaq.

Çempion 2021-ci il yanvarın 7-də bir araya gələcək. Komandanın əvvəlcədən də məlum olduğu kimi təlim-məşq toplanışı Bakıda təşkil olunacaq.

Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri çempionatın 14-cü turunda yanvarın 21-də “Səbail” ilə qarşılaşacaq.

Xəbər 299 dəfə oxundu.