AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək
Dekabrın 24-də AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, saat 11:00-da başlayacaq iclasın gündəliyində 2021/2022-ci il mövsümündə UEFA klub yarışları və Azərbaycan Premyer Liqasında iştirak üçün klubların Lisenziyalaşdırma qaydalarının təsdiqi, müqavilə müddəti başa çatmış və yekunlaşmaqda olan aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin müqaviləsinin qarşılıqlı razılıq əsasında uzadılması və növbəti konfransın tarixinin müəyyənləşdirilməsi və digər məsələlər yer alacaq.

Xəbər 309 dəfə oxundu.