Lionel Messi Pelenin rekordunu yeniləyib
İspaniyanın “Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi İspaniya çempionatında “Valyadolid”ə qarşı matçın ikinci hissəsində fərqlənməklə yeni rekord müəyyən edib.

Bununla da 33 yaşlı argentinalı futbolçu Kataloniya təmsilçisinin heyətində vurduğu qolların sayını 644-ə çatdırıb. Nəticədə Messi bir klubda vurduğu qolların sayına görə braziliyalı Pelenin rekordunu yeniləyib. Pele Braziliyanın “Santos” komandasının heyətində 643 qola imza atıb.

Xəbər 494 dəfə oxundu.