“Lex” “Xəzər Lənkəran”la ilk oyun öncəsi Polşadakı hazırlığını başa vurub
“Lex” Avroliqanın II təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”la ilk oyun öncəsi Polşadakı hazırlığını başa vurub. İdman.com.az saytının məlumatına görə, Poznan təmsilçisi son günlərdə məşqlərini matça uyğun qurub. Yəni iyulun 19-da Lənkərandakı oyun Polşa vaxtı ilə saat 17:00-da (Bakı vaxtilə saat 20:00-da) başlayacağından, hazırlıq onda start götürüb.

Komandanın son məşqində futbolçusu Lukas Tralka da iştirak edib. Dayaq yarımmüdafiəçisi I təsnifat mərhələsində Qazaxıstanın “Jetısu” klubu ilə ilk oyunda əzələsini dartıb. O, məşqdə komanda yoldaşı Kriştof Çrapkiemlə birgə qaçıb. Lukasın Lənkəranda meydana çıxacağı az inandırıcı sayılır.

Xəbər 914 dəfə oxundu.