“Cenoa” klubu yenidən Davide Ballardiniyə həvalə edilib
İtaliya A Seriyasında çıxış edən “Cenoa” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda çox da yad olmayan baş məşqçi Davide Ballardiniyə həvalə edilib.

Bu vəzifədə Rolando Maranı əvəzləyən 56 yaşlı mütəxəssislə 2020/2021-ci il mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Ballardini daha əvvəl 2010/2011-ci, 2012/2013-cü və 2018/2019-cu il mövsümlərində də “Cenoa”ya başçılıq edib.

Xəbər 374 dəfə oxundu.