Futbol klublarının cari il üçün sonuncu reytinq cədvəli açıqlanıb
UEFA 2020-ci il üçün futbol klublarının sonuncu reytinq cədvəlini açıqlayıb.

Son 5 mövsümün nəticələrinə əsasən hazırlanan reytinqdə təmsilçilərimizdən ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Reytinq cədvəlində 69-cu pillədə qərarlaşan Ağdam təmsilçisi Türkiyənin “Fənərbağça”, “Sivasspor”, İspaniyanın “Atletik”, Rusiyanın “Spartak” kimi klublarını geridə qoyub.

Digər klublarımıza gəlincə, “Qəbələ” 217-ci , “Neftçi” 244-cü , “Sumqayıt” 301-ci, “Səbail” 302-ci, “Zirə” 303-cü , “Kəpəz” isə 304-cüdür.

Qeyd edək ki, reytinq cədvəlinə “Bavariya” klubu başçılıq edir.

Xəbər 354 dəfə oxundu.