Azərbaycanın üç şahmatçısı növbəti Avropa çempionatına vəsiqə qazanıb
Azərbaycan şahmatçılarının da iştirak etdikləri blits üzrə onlayn Avropa çempionatı başa çatıb.

Yarışın yekun nəticələrinə əsasən şahmatçılarımızın üçü növbəti Avropa çempionatında iştirak hüququ qazanıb. Qitə çempionatının səkkizdəbir finalına yüksələn Eltac Səfərli ilə yanaşı, Günay Məmmədzadə və Kənan Qarayev də növbəti Avropa çempionatında mübarizə aparacaqlar.

G.Məmmədzadə U-20, K.Qarayev isə U-18 qrupunda ən yaxşı nəticə göstərərək fərqləniblər.

Xəbər 360 dəfə oxundu.