Avropa kuboku: “Odlar yurdu” komandası daha beş oyun keçirəcək
Şahmat üzrə klublararası Avropa kubokunun finalında Azərbaycanın qadınlardan ibarət “Odlar yurdu” komandası daha beş oyun keçirəcək.

Komandamız ilk oyununu Macarıstanın “Hello Sacc” kollektivinə qarşı keçirəcək. Şahmatçılarımız növbəti oyunlarında “Tremblay en France” (Fransa), “Monte Karlo” (Monako), “Kiyev Şahmat Federasiyası” ( Ukrayna) və "Ugra" (Rusiya) komandaları ilə mübarizə aparacaqlar.

“Odlar yurdu” komandasında Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva yer alıblar.

Xəbər 486 dəfə oxundu.