David Alaba yeddinci dəfə Avstriyada ilin futbolçusu seçilib
Almaniyanın “Bavariya” klubunun müdafiəçisi David Alaba Avstriyada 2020-ci ilin futbolçusu seçilib.

28 yaşlı müdafiəçi səsvermədə Marsel Zabitzer (“Leyptsiq”) və Dominik Sobotslaini (“Zalsburq”) qabaqlayıb.

Qeyd edək ki, Alaba sözügedən mükafatı karyerasında 7-ci dəfə əldə edib. Oyunçu bu göstərici ilə rekorda imza atıb.

Xəbər 337 dəfə oxundu.