Kərim Benzema İspaniya çempionatının ən yaxşı oyunçusu seçilib
“Real Madrid”in hücumçusu Kərim Benzema İspaniya çempionatının ən yaxşı oyunçusu seçilib.

“Marca”nın versiyasına görə, Benzema İspaniya çempionatında 2019/2020-ci il mövsümünün ən yaxşı oyunçusu elan edilib. “Real” ötən mövsüm 87 xalla İspaniya çempionu olmuşdu. Fransız futbolçu isə La Liqa çərçivəsində 37 matçda iştirak edərək, 21 qol vurub, 8 məhsuldar ötürmə edib.

Xatırladaq ki, 2009-cu ildən yalnız hücumçu Lionel Messi və Kriştiano Ronaldo mövsümün ən yaxşı oyunçuları kimi tanınırdılar.

Xəbər 286 dəfə oxundu.