AMADA: Cari ildə 11 idman növündə 24 qayda pozuntusu qeydə alınıb
Cari ildə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Milli test proqramı çərçivəsində 1 087 test götürülüb və 24 qayda pozuntusu qeydə alınıb.

Bu sözləri AMADA-nın rəhbəri Şəfəq Hüseynli dekabrın 22-də təşkil olunan mətbuat konfransında deyib.

Qayda pozuntusunun 11 idman növü üzrə qeydə alındığını diqqətə çatdıran Ş.Hüseynli deyib: “Bunlardan 4-ü boksda, 3-ü ağırlıqqaldırma, cüdo, taekvondo və karatedə, 2-si velosiped idmanı və güləşdə qeydə alınıb. Futbol, paracüdo, atletika və sambo ilə bağlı isə bir araşdırma aparılıb”.

Xəbər 373 dəfə oxundu.