İsrail yığması növbəti yoldaşlıq görüşündə rəqibi müəyyənləşib
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcəyi İsrail yığması növbəti yoldaşlıq görüşündə rəqibi müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, israillilər gələn ilin qışında Finlandiya yığması ilə qüvvəsini sınayacaq. Bu matç İsrailin Ramat-Qan şəhərində olacaq. İsrail yığmamızla sentyabrın 7-də Bakıdakı matçına son hazırlığı səfərdə Macarıstanla yoldaşlıq görüşü ilə keçirəcək.

Xəbər 994 dəfə oxundu.