Bədavi Hüseynov Azərbaycan Premyer Liqasında 200-cü oyununa çıxıb
“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Azərbaycan Premyer Liqasında 200-cü oyununu keçirib.

29 yaşlı müdafiəçinin yubileyi XII turun “Qəbələ” ilə matçına (1:1) təsadüf edib. 200-cü görüşünü keçirən arxa xətt oyunçusunun aktivində 4 qol var. Onun Premyer Liqada debütü 2011/2012-ci il mövsümünə təsadüf edib. Həmin vaxt “Sumqayıt”ın heyətində şans qazanan B.Hüseynov ölkə çempionatında indiyədək iki klubda forma geyinib.

O, “Sumqayıt”da 26 oyuna çıxıbsa, “Qarabağ”da 174 matçda 4 dəfə fərqlənib.

Xəbər 385 dəfə oxundu.