“Sumqayıt” klubu Azərbaycan çempionatında 75-ci heç-heçəsini edib
“Sumqayıt” klubu Azərbaycan çempionatında 75-ci heç-heçəsini edib. Bu, Premyer Liqanın XII turunda baş verib.

“Gənclik şəhəri” təmsilçisi “Zirə” ilə səfər matçında sülhə imza atıb – 2:2. Sumqayıtlılar evdə 36, səfərdə 39 bərabərliyə nail olublar. 75-ci heç-heçə 284-cü oyunda qeydə alınıb.

Qeyd edək ki, “Sumqayıt” heç-heçə sayında ölkə çempionatının 11-cisidir. Ən çox heç-heçə isə “Qarabağ”dadır – 189.

Xəbər 392 dəfə oxundu.