Avropa kuboku: “Odlar yurdu” komandası ilk görüşünü “Qambit” yığmasına qarşı keçirəcək
Şahmat üzrə klublararası Avropa kubokunun finalında Azərbaycanın qadınlardan ibarət “Odlar yurdu” komandası ilk görüşünü Rusiyanın “Qambit” yığmasına qarşı keçirəcək.

Komandamızın heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva mübarizə aparacaqlar.

Sonrakı turlarda yığmamızın rəqibləri Almaniyanın “SK Schwäbisch Hall”, Fransanın “Clichy-Ezheks-92”, Polşanın “Polşa Hussars” komandaları olacaq.

Yarışın qalibləri dairəvi sistem üzrə müəyyənləşəcək.

Xəbər 412 dəfə oxundu.