Filip Ozobiç “Qarabağ”ın heyətində 20-ci qolunu vurub
Filip Ozobiç “Qarabağ”ın heyətində 20-ci qolunu vurub. Yubiley Azərbaycan Premyer Liqasının XII turuna təsadüf edib.

“Qəbələ” ilə görüşdə (1:1) hesabı açan xorvatiyalı Ağdam təmsilçisinin heyətində 70-ci matçında 20-ci dəfə rəqib qapısına yol tapıb.

O, Premyer Liqada 17 (42 oyun), avrokuboklarda 3 (24 oyun) qol vursa da, ölkə kubokundakı 4 matçda fərqlənməyib.

Qeyd edək ki, Ozobiç 2018-ci ildən Ağdam təmsilçisində çıxış edir.

Xəbər 400 dəfə oxundu.