Futzal üzrə qitə birinciliyinin keçirilmə tarixi dəyişdirilib
COVID-19 pandemiyasını nəzərə alan UEFA İcraiyyə Komitəsi bir sıra turnirlərin keçirilməsi ilə bağlı yeni qərarlar qəbul edib.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, final mərhələsi gələn il keçirilməli olan 19 yaşadək futzalçılardan ibarət komandalar arasında sayca ikinci Avropa çempionatı 2021/2022-ci ildə baş tutacaq.

Qeyd edək ki, ilk qitə birinciliyinin final mərhələsi ötən il Latviyada təşkil edilib və İspaniya qalib olub.

Xəbər 384 dəfə oxundu.