UEFA Avropanın ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb
UEFA Avropanın ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb. İdman.com.az saytının məlumatına görə, gələn ay Monakoda təqdim olunacaq mükafata 32 iddiaçı var. Ötən il ilk dəfə sahibini tapan mükafatın qalibi Lionel Messi də namizədlər sırasındadır. Ayın əvvəlində Avropa çempionu olan İspaniya yığmasının 9 futbolçusu siyahıda yer alıb.
Qeyd edək ki, UEFA-ya üzv olan 53 ölkədən olan idman jurnalistlərinin səsverməsi ilə keçirilən sorğunun ilkin nəticələrinə əsasən avqustun 14-də mükafata 3 namizəd açıqlanacaq.
Serxio Aquero (Argentina) - "Mançester Siti"
Xabi Alonso (İspaniya) - "Real"
Mario Balotelli (İtaliya) - "Mançester Siti"
Yakub Blaşikovski (Polşa) - "Borussiya" Dortmund
Canluici Buffon (İtaliya) - "Yuventus"
Robin van Persi (Hollandiya) - "Arsenal"
Raul Qonsales (İspaniya) - "Şalke"/"Əl-Sədd"
Didye Droqba (Fil Dişi Sahili) - "Çelsi"/"Şanxay Şenxua"
Lesli Devis (Uels) - "Banqor Siti"
Zlatan İbrahimoviç (İsveç) - "Milan"
Andres İnyesta (İspaniya) - "Barselona"
Sindzi Kaqava (Yaponiya) - "Borussiya" Dortmund/"Mançester Yunayted"
İker Kasilyas (İspaniya) - "Real"
Vensan Kompani (Belçika) - "Mançester Siti"
Fabiu Koentrau (Portuqaliya) - "Real"
Frenk Lempard (İngiltərə) - "Çelsi"
Lionel Messi (Argentina) - "Barselona"
Luka Modriç (Xorvatiya) - "Tottenhem"
Pepe (Portuqaliya) - "Real"
Andrea Pirlo (İtaliya) - "Yuventus"
Serxio Ramos (İspaniya) - "Real"
Kriştianu Ronaldo (Portuqaliya) - "Real"
Ueyn Runi (İngiltərə) - "Mançester Yunayted"
David Silva (İspaniya) - "Mançester Siti"
Fernando Torres (İspaniya) - "Çelsi"
Yaya Ture (Fil Dişi Sahili) - "Mançester Siti"
Sesk Fabreqas (İspaniya) - "Barselona"
Falkao (Kolumbiya) - "Atletiko"
Co Hart (İngiltərə) - "Mançester Siti"
Petr Çex (Çexiya) - "Çelsi"
Məsut Özil (Almaniya) - "Real"
Xavi Ernandes (İspaniya) - "Barselona"

Xəbər 1039 dəfə oxundu.