BMT Özbəkistanda “Mən idmanı sevirəm” kampaniyasına başlayıb
Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətlər üzrə Özbəkistandakı regional ofisi bu ölkənin İdman Nazirliyi, Baş Prokurorluğu ilə birgə gənclər üçün idmanın inkişafı, məşğulluğun təmin olunması istiqamətində “Mən idmanı sevirəm” videokampaniyasına start verib.

Hazırlanan videoroliklərdə Özbəkistanın Olimpiya çempionları çıxış edərək sağlam həyat tərzini, idmanı təbliğ edir, bunun cinayətkarlığın, zorakılığın, narkotiklərdən istifadənin qarşısının alınmasında mühüm amil olduğunu vurğulayırlar.

AZƏRTAC

Xəbər 371 dəfə oxundu.