Avropa çempionatı: Eltac Səfərli David Navara ilə mübarizə aparacaq
Blits üzrə onlayn Avropa çempionatı davam edir.

Çempionatın seçmə mərhələsində uğurla çıxış edən Azərbaycan təmsilçisi Eltac Səfərli 16 ən yüksək nəticə göstərən şahmatçı sırasında yer alıb. Bu gün start götürəcək səkkizdəbir final mərhələsində təmsilçimiz Çexiyanın güclü şahmatçılarından biri olan David Navara ilə gücünü sınayacaq. Oyun 4 partiyadan ibarət olacaq.

Pley-off mərhələsinin ən yaxşı 4 oyunçusu isə turnirin medalçılarını və qalibini müəyyənləşdirən yarımfinala yüksələcək. Daha sonra superfinal keçiriləcək.

Xəbər 355 dəfə oxundu.