Şahmat üzrə klublararası Avropa kuboku yarışında Azərbaycanın “Odlar yurdu” komandası mübarizə aparır
Azərbaycan komandası “Odlar yurdu”nun da iştirak etdiyi klublararası Avropa kuboku start götürüb.

Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyevanın yer aldığı yığmamız turnirin D qrupunda mübarizə aparır. Komandamızın birinci turda rəqibi “Monte Karlo-3” yığmasıdır. Bu gün şahmatçılarımız 4, sabah isə daha 5 turda güclərini sınayacaqlar.

Yekun nəticəyə görə, iki ən yaxşı komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Dekabrın 21-də final mərhələsi start götürəcək. Avropa kuboku yarışı dekabrın 22-də başa çatacaq.


Xəbər 383 dəfə oxundu.