"Zirə" məşqçisi Borçe Xristovla yollarını ayırıb
Bakının "Zirə" futbol klubu məşqçisi Borçe Xristovla yollarını ayırıb.

Şimali makedoniyalı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Klub rəhbərliyi B.Xristova komandada göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Xəbər 333 dəfə oxundu.