Rusiya yığmasının yeni baş məşqçisi Fabio Kapellonun məvacibi açıqlanıb
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının yeni baş məşqçisi Fabio Kapellonun məvacibi açıqlanıb. İdman.com.az saytının məlumatına görə, italiyalı mütəxəssis ildə təxminən 6 milyon avro alacaq. Bu puldan ödənəcək vergilər isə Rusiyanın büdcəsinə gedəcək. Hərçənd əvvəlki baş məşqçilər Dik Advokaat və Qus Hiddink vergini Hollandiyaya ödəyirdi.

Xəbər 874 dəfə oxundu.