FIA Gala tədbiri ilə avtoidman mövsümünə yekun vurulub
FIA Gala tədbiri ilə avtoidman mövsümünə yekun vurulub.

İlk dəfə mötəbər tədbir virtual formatda təşkil olunub. Ancaq Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Jan Todt mərasimə qatılıb.

J.Todt Luis Hamiltonu yeddinci dəfə çempion olması münasibətilə təbrik edib. Britaniyalı pilota kubok çıxış etdiyi "Mercedes" komandasının bazasında təqdim olunub.

L.Hamilton, həmçinin "İlin adamı" nominasiyasının da qalibi olub.

Formula 1 üzrə dünya çempionatında ikinci və üçüncü pillədə qərarlaşan Valtteri Bottas ("Mercedes") və Maks Ferstappenə ("Red Bull") də mükafatlar təqdim edilib.

Növbəti mövsüm Formula 1-də debüt edəcək Yuki Tsunoda "İlin tapıntısı" mükafatına layiq görülüb.

Finlandiyalı pilot Kimi Raykkonen Formula 1 Portuqaliya Qran-Prisindəki çıxışına görə "İlin manevri" mükafatını qazanıb. Formula 1 Bəhreyn Qran-Prisinin marşal briqadasına da xüsusi mükafat təqdim olunub.

Daha sonra müxtəlif nominasiyalar üzrə qaliblər elan edilib.

Gələn il FIA Gala tədbiri dekabrın 17-də Parisdə təşkil olunacaq.

Xəbər 326 dəfə oxundu.