Sərbəst güləş üzrə millimiz fərdi dünya kuboku yarışlarında üçüncü olub
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə fərdi dünya kuboku yarışlarına yekun vurulub.

Bir gümüş və bir bürünc medal qazanan sərbəst güləş yığmamız komanda hesabında 91 xalla üçüncü yeri tutub.

Rusiya 210 xalla birinci, Türkiyə isə 104 xalla ikinci pillədə yer alıb.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Əhmədnəbi Qvarzatilov turniri ikinci, Hacı Əliyev isə üçüncü pillədə başa vurublar.

Xəbər 395 dəfə oxundu.