Gələn il Serxio Peres “Red Bull Racing” komandasında çıxış edəcək
Formula 1 üzrə dünya çempionatında çıxış edən “Red Bull Racing” komandası Serxio Peres ilə müqavilə bağladığını açıqlayıb.

Gələn il meksikalı pilot Aleks Elbanu əvəzləyəcək və Maks Ferstappenin komanda yoldaşı olacaq.

A.Elban isə “Red Bull Racing”in test-pilotu kimi çıxış edəcək.

Xəbər 403 dəfə oxundu.