“Neftçi” və “Qarabağ”ın sabiq məşqçisi “Kopenhagen” komandasına keçib
“Neftçi” və “Qarabağ”ın sabiq məşqçisi Ruben Sellesin yeni iş yeri Danimarkanın “Kopenhagen” komandası olub.

37 yaşlı mütəxəssis baş məşqçi Cess Torupun köməkçisi olacaq.

Qeyd edək ki, Ruben Selles 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə “Qarabağ”da baş məşqçinin köməkçisi vəzifəsində çalışıb. O, son olaraq İspaniyanın “Valensiya” klubunun U-18 komandasının baş məşqçisi postunu tutub.

Xəbər 320 dəfə oxundu.