UEFA bəzi turnirlərlə bağlı yekun qərarını açıqlayıb
UEFA İcraiyyə Komitəsi koronavirus pandemiyası ilə bağlı bəzi turnirlərlə bağlı yekun qərarını açıqlayıb.

Qitə futbol qurumu 2020/2021-ci il mövsümü üçün 17 yaşadək qızlar və oğlanlardan ibarət milli komandalar arasında turnirləri ləğv edib.

U-19 qızlar və oğlanların turnirinin keçirilmə tarixi müəyyənləşib. Qızlar arasında seçmə mərhələ oyunları 2021-ci ilin aprel (12 mini-turnir), pley-off (14 komanda) iyun, final mərhələsi isə 21 iyul – 2 avqust tarixində keçiriləcək. Həlledici mərhələ Belarusda təşkil olunacaq.

U-19 oğlanların yarışında 2021-ci ilin martında seçmə mərhələ (13 mini-turnir), may/iyun aylarında pley-off (14 komanda), 30 iyun - 13 iyulda isə final mərhələsi (Rumıniya) keçiriləcək.

Turnirlərin əsasnaməsi təsdiq üçün UEFA İcraiyyə Komitəsinin 2021-ci ildə keçiriləcək ilk iclasında təqdim olunacaq.

Xəbər 331 dəfə oxundu.