“Keşlə”nin futbolçuları koronavirusdan sağalıblar
Bakının “Keşlə” futbol klubunda növbəti koronavirus testlərinin cavabları açıqlanıb.

Komandadakı bütün futbolçuların test nəticələri mənfi olub. Son olaraq Miyuşko Boyoviç və Turan Vəlizadə koronavirusdan sağalıblar.

İnfeksiyaya yoluxan baş məşqçi Yunis Hüseynov isə xəstəxanada müalicəsini davam etdirir.

Qeyd edək ki, “Keşlə” dekabrın 20-də Azərbaycan Premyer Liqasının XII turunda “Səbail”i qəbul edəcək.

Xəbər 332 dəfə oxundu.