Araz Abdullayevin komandası Türkiyə kubokunda mübarizəni dayandırıb
Futbol üzrə Türkiyə kuboku yarışlarında 1/16 final mərhələsinin oyunları keçirilib.

Millimizin futbolçusu Araz Abdullayevin çıxış etdiyi “Boluspor” bu mərhələdə “Antalyaspor”la qarşılaşıb. Rəqibinə minimal hesabla uduzan I liqa təmsilçisi kubokda mübarizəni dayandırıb. Görüşdə yeganə qolu 52-ci dəqiqədə Gökdeniz Bayraktar vurub - 1:0.

Matça start heyətində başlayan A.Abdullayev 55-ci dəqiqədə əvəzlənib. Onun yerinə meydana Melih Okutan daxil olub.

Xəbər 332 dəfə oxundu.