Azərbaycanın şahmat komandası Avropa çempionatına güclü heyətlə qatılıb
Azərbaycanın şahmat komandası bu gün start götürəcək blits üzrə Avropa çempionatına güclü heyətlə qatılıb. İştirakçılar arasında əmsalı 2700 olan yüksək reytinqli idmançıların da mübarizə aparması turnirin mühüm yarış olduğunu bir daha sübut edir.

Bu sözləri şahmat üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi qrossmeyster Fərid Abbasov müsahibəsində bildirib.

Baş məşqçi deyib ki, bu gün Bakı vaxtı ilə saat 21:00-da start götürəcək yarışın seçmə mərhələsində yığmamızın bir çox üzvləri mübarizə aparacaqlar. Komandamızın üzvləri Qədir Hüseynov, Vasif Durarbəyli, Günay Məmmədzadə, gənc şahmatçılardan Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Məhəmməd Muradlı və güclü potensiala malik digər şahmatçılarımız yüksək nəticələr qazanmağa çalışacaqlar. Əminəm ki, təmsilçilərimiz qitə çempionatında öz güclərindən maksimum istifadə edəcəklər.

AZƏRTAC

Xəbər 390 dəfə oxundu.